13:50 04-08-2021
news_image
192
FUTBOL

Şimali makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağladı – “Zirə”

“Zirə” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bakılılar şimali makedoniyalı Qyorqi Stoilovla müqavilə bağlayıb. 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2+1 illik saziş imzalanıb. Onun son klubu “Akademiya Pandev” olub. Daha əvvəl ölkəsində “Horizont Turnovo”nun formasını geyinmiş Stoilov 2019-cu ildə Şimali Makedoniya yığmasının heyətində AVRO-2020-nin seçmə mərhələsində Polşaya (0:2) qarşı 2 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Zirə” ona qədər Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Anar Nəzirov, Velvis Damakena və Məhəmməd Hamduini heyətinə cəlb edib.