00:33 05-08-2021
news_image
1084
TOP OYUNLARI

Millimiz gerilədi – reytinq açıqlandı

Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət yığmaların reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 47 komandası yer alıb.

Azərbaycan millisi 90 xalla Avropanın 32-ci komandasıdır. Yığmamız ötən reytinqlə müqayisədə 3 pillə geriləyib. Komandamız Xorvatiya, Moldova və İsveçrədən geri düşüb.

Cədvələ Serbiya başçılıq edir – 244 xal. 8 xal geri qalan Rusiya ikincidir. 3 pillə irəliləyən Belçika 229 xalla üçüncü sırada yer alıb.