22:45 04-08-2021
news_image
198
TOKİO-2020

Ən çox medal qazananlar – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ ABŞ üzgüçüsü Kaleb Dressel başçılıq edir.

Onun aktivində 5 qızıl medal var. Amerikalı üzgüçü 3 fərdi və 2 estafet yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinci sırada avstraliyalı Emma Makkeon qərarlaşıb. 7 medal qazanan üzgüçü ümumi mükafat sayında hamını qabaqlayır. O, 4 qızıl və 3 bürünc əldə edib. İdmançı fərdi yarışlarda 2 çempionluq və 1 üçüncülük qazanıbsa, digər uğurlar estafetə təsadüf edib.

İlk “üçlüy”ü onun həmyerlisi və üzgüçülük yığmasındakı komanda yoldaşı Kayl Makkeoun qapayır. O, üç qızıl və bir bürüncə sevinib. Kayl qızıl və bürüncü qazandığı estafetlərdə Emma ilə birlikdə çıxış edib. Digər iki qızılı isə fərdi yarışlarda qazanıb.