15:14 04-08-2021
news_image
120
FUTBOL

“Barselona” və “Real”ın qazancı dəqiqləşdi - əməkdaşlıqdan

İspaniya La Liqası ilə CVC investisiya fondu arasında əməkdaşlığın nəhəng klublara gətirəcəyi qazanc bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa payının 10 faizini 2,7 milyard avroya satıb.

Bu vəsaitin 90 faizi komandalar arasında bölüşdürüləcək. “Barselona” daha çox – 270 milyon avro qazanacaq. “Real”a isə 261 milyon avro çatacaq. 

Qeyd edək ki, vəsait son 7 ildə teleyayımdan gələn qazanc və klubların idman nəticələri nəzərə alınaraq bölünüb.