17:05 04-08-2021
news_image
251
FUTBOL

Daha bir legioner - “Sabah”da

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu yay fasiləsində 4-cü legionerini transfer edib.

Bu, gürcüstanlı hücumçu Mixeil Erqemlidzedir. Tbilisi “Dinamo”sundan transfer edilən 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. “Dinamo”nun yetirməsi olan Erqemlidze bu ilin ilk 6 ayını icarə əsasında Türkiyə klubu “Adana Dəmirspor”da keçirib. Ucaboy forvard həmçinin ölkəsində “Çixura” və “Qaqra”nın da formasını geyinib.

Mixeil Erqemlidze Gürcüstanın U-20 yığmasının heyətində 1 oyun keçirib. Həmin matç 2018-ci ildə yoldaşlıq görüşündə Azərbaycanın U-20 komandasına qarşı olub.

Qeyd edək ki, “Sabah” yay fasiləsində buna qədər Elvin Camalov, Səlahət Ağayev, Xuan Kamara, Coy-Lens Mikels və İldar Ələkbərovla güclənib.