17:27 04-08-2021
news_image
292
TOKİO-2020

Yığmamız “16-lıq”da – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışları başa çatıb.

Apasport.az saytının məlumatına görə, 4 gün ərzində 6 medal dəsti sahibini tapıb.

Ümumilikdə 16 ölkə təmsilçiləri mükafatçılar sırasına düşüb. 1-ci yeri Kuba tutub. Yalnız ada ölkəsinin üzvləri 2 çempionluq yaşayıb. İkinciliyi isə qızıl və gümüşü olan Ukrayna ilə Macarıstan bölüşüb. Hamıdan çox – 3 mükafatı olan Rusiya yalnız 4-cü yerlə kifayətlənib.

Azərbaycan millisi cəmi bir bürünc qazanıb. Buna Rafiq Hüseynov (77 kq) imza atıb. Yığmamız bu növdə 11-16-cı yerləri bölüşüb.

yer

ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Kuba

2

0

0

2

2-3

Ukrayna

1

1

0

2

 

Macarıstan

1

1

0

2

4

Rusiya

1

0

2

3

5

İran

1

0

1

2

6

Yaponiya

0

1

1

2

7-9

Qırğızıstan

0

1

0

1

 

Ermənistan

0

1

0

1

 

Gürcüstan

0

1

0

1

10

Almaniya

0

0

2

2

11-16

Azərbaycan

0

0

1

1

 

Polşa

0

0

1

1

 

Serbiya

0

0

1

1

 

Çin

0

0

1

1

 

Misir

0

0

1

1

 

Türkiyə

0

0

1

1

 

Cəmi

6

6

12

24