17:51 04-08-2021
news_image
134
FUTBOL

“İnter”in düşərgəsinə gəldi - Kristian Eriksen

“İnter”in yarımmüdafiəçisi Kristian Eriksen klubun bazasına baş çəkib.

Apasport.az saytının məlumatına görə, danimarkalı pleymeyker bu gün məşq bazasında olub.

29 yaşlı oyunçu milanlıların rəhbərliyi, məşqçilər korpusu və futbolçuları ilə görüşüb. Klub Eriksenin psixoloji durumunun qaydasında olduğunu və fiziki cəhətdən əla formada olduğunu açıqlayıb.

O, Kopenhagendəki danimarkalı həkimlərin məsləhət gördüyü bərpa proqramı ilə hazırlaşacaq və “İnter”in tibb heyətini mütəmadi məlumatlandıracaq.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə oyunun əvvəlində Kristian Eriksenin ürəyi dayanıb. İlkin tibbi yardımdan sonra həyata dönən futbolçu uzun müddətdir həkim nəzarətindədir.