20:02 04-08-2021
news_image
214
FUTBOL

Neymar paylaşımına görə tənqid olundu – FOTO

PSJ-nin hücumçusu Neymar növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvünün sosial şəbəkədə paylaşımı birmənalı qarşılanmayıb.

İstirahətdə olarkən şəklini paylaşan ulduz futbolçunun çəkisinin artdığı aşkar görünür. Bu isə PSJ azarkeşlərinin tənqidinə səbəb olub. Fanatlar onun həmyerliləri Ronaldo və Ronaldinyonun yolu ilə getdiyini vurğulayıblar.

Qeyd edək ki, dünyanın ən bahalı transferi olan Neymar karyerası ərzində 436 oyunda 262 qol vurub, 163 məhsuldar ötürmə verib.