09:24 05-08-2021
news_image
276
FUTBOL

3 güləşçimizin rəqibi dəqiqləşdi – Tokio-2020

Azərbaycan yığmasının son üç güləşçisinin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, iki sərbəst kişi və bir qadın güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.

Şərif Şərifov (97 kq) rusiyalı əfsanə Abdulraşid Sədullayevlə görüşəcək.

Hacı Əliyev (65 kq) seneqallı Adama Dyatta ilə üz-üzə gələcək.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə rusiyalı Stalvira Orşuçla qarşılaşacaq.

Qeyd edək ki, hər üç güləşçimiz xalça üzərinə sabah çıxacaq.