10:27 05-08-2021
news_image
320
FUTBOL

AEL - “Qarabağ”: Kim güclüdür?

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində keçirəcəyi ilk matçın da favoritini müəyyənləşdirib.

Səfərdə AEL-lə (Kipr) üz-üzə gələcək “Qarabağ” matçın favoritdir. Limassolda baş tutacaq matçda Ağdam klubunun qələbəsi 2,46, AEL-in uğuru 2,97 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,10 əmsal verilib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.