11:41 05-08-2021
news_image
172
FUTBOL

“Qarabağ”ın uduzmadığı gün – bu dəfə səfərdə

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, bu, təmsilçilərimizin avqustun 5-dəki 4-cü matçı olacaq.

İndiyədək Azərbaycan klubları bu tarixdə üç avrokubok görüşündə qüvvəsini sınayıb. Onların da ikisi elə “Qarabağ”ın hesabındadır.

Ağdam klubu 12 il əvvəl evdə Polşa “Visla”sını məğlubiyyətə uğradıb. Bir il sonra isə öz meydanında Şotlandiya “Seltik”i ilə qolsuz sülhə imza atıb.

Avqustun 5-də uduzmayan “Qarabağ” bu dəfə səfərdə meydana çıxacaq. Bu gündə rəqib meydanında qüvvəsini sınayan yeganə Azərbaycan klubu “Bakı” Bolqarıstanda “Levski”yə uduzub.

5 avqust 2009. “Levski” (Bolqarıstan) – “Bakı” - 2:0
5 avqust 2010. “Qarabağ” - “Visla” (Polşa) - 3:2
5 avqust 2015. “Qarabağ” – “Seltik” (Şotlandiya) - 0:0