13:12 05-08-2021
news_image
827
FUTBOL

“Vest Hem”i alır? – azərbaycanlı iş adamı

Azərbaycanlı iş adamı Nəsib Piriyevin rəhbərliyində yer aldığı “RAİ Capital” şirkəti İngiltərənin “Vest Hem” klubunu almaq istəyir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun potensial müştərisi bunun üçün 400 min funt sterlinq ödəməyə hazırdır.

Şirkət rəhbərliyinin belə istəyi birbaşa Piriyev amili ilə bağlıdır. “RAİ Capital”ın idarəetmə tərəfdaşı olan Piriyev “Vest Hem” azarkeşidir. O, 1986-cı ildən bu komandaya fanatlıq edir.

Qeyd edək ki, Piriyev həm də “PNN Group” və “AzMeCo”nun təsisçilərindən biridir.