13:19 05-08-2021
news_image
163
FUTBOL

VAR-dan istifadə olunacaq - millimizin oyunlarında

DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq. 

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi verib.

Azərbaycan millisinin görüşlərində də VAR-dan istifadə olunacaq. Yığmamız DÇ-2022-nin seçmə mərhələsində daha 5 matç keçirəcək. Komandamız növbəti ev oyunu sentyabrın 7-də Bakıda Portuqaliya millisinə qarşı olacaq.