14:10 05-08-2021
news_image
120
FUTBOL

Milyonluq kolleksiyası – Messinin

Argentina millisinin kapitanı Lionel Messi rəqəmsal sənət kolleksiyasına sahib olacaq.

Apasport.az xəbər verir ki, bu barədə “Ethernity Chain” platforması məlumat yayıb.

“Non Fungible Token” (NFT) adlanan kolleksiyada Messiverse adı altında 4 sənət əsəri yer alacaq. Hələlik onlardan 3-ü təqdim olunub. Son əsər isə kolleksiyanın nümayiş olunacağı gün - avqustun 20-də göstəriləcək. “Gələcəyin adamı” adlanan əsərin biri Messinin təsviridir və robot görünüşünə malikdir. Argentinalının bütün sənət əsərlərinin müəllifi “BossLogic” ləqəbi ilə tanınan avstraliyalı bir rəssamdır.

Bu sənət əsərləri milyonlarla dollarlıq qiymətə bərabərdir və NFT hərracında satıla bilər. Bu ilin martında rəssam Mayk Vinkelmannın 5000 rəqəmsal rəsm kollajı 69 milyon dollarlıq rekord məbləğə satılıb.