14:49 05-08-2021
news_image
197
FUTBOL

“Qəbələ” açıqladı – braziliyalı futbolçunun transferini

Yeni mövsümə hazırlaşan “Qəbələ” transfer çalışmalarını davam etdirir.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” heyətinə daha bir futbolçu qatıb.

Bu, braziliyalı müdafiəçi Ruan Renatodur. Öncədən də gözlənildiyi kimi, 27 yaşlı arxa xətt oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Renatonun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub. O, daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında çıxış edib.

Qeyd edək ki, “Qəbələ” Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.