00:00 06-08-2021
news_image
575
TOKİO-2020

Qızıl ümidlərimiz mübarizəyə qoşulur – Olimpiya gündəliyi

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 23 medal dəsti sahibini tapacaq.

Azərbaycan yığmasının 5 üzvü mübarizəyə başlayacaq. Onlar arasında əsas qızıl ümidlərimiz güləşçilər Mariya Stadnik, Hacı Əliyev və karateçi Rafael Ağayev də var.

Məhz Ağayev günü medalla tamamlamaq şansı olan yeganə təmsilçimizdir. 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan Rafael ilk Olimpiadasında çempionluğa əsas namizədlərdən sayılır.

Digər 4 idmançımız finala vəsiqə üçün yarışacaq. Üçqat dünya çempionu olan Hacı öz çəkisində Olimpiya qızılı qazanmağa iddialıdır.

Olimpiadalarda üç medalı olan Mariya Stasdnik də ilk çempionluq üçün xalça üzərinə çıxacaq. Püşkdə bəxti gətirməyən Şərif Şərifov da Yaponiyadan medalla dönməyə namizəddir. Hər üç güləşçimiz sabah təşkil olunacaq medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparacaq.

Bədii gimnastikada isə fərdi yarışlara start veriləcək. Güclü rəqiblərlə mübarizə aparacaq Zöhrə Ağamirova sabahkı final mərhələsinə vəsiqə üçün yarışacaq.

6 avqust
05:20. Bədii gimnastika, fərdi çoxnövçülük. Təsnifat mərhələsi, 1-ci və 2-ci yanaşma. Zöhrə Ağamirova
09:50. Bədii gimnastika, fərdi çoxnövçülük. Təsnifat mərhələsi, 3-cü və 4-cü yanaşma. Zöhrə Ağamirova
06:30. Sərbəst güləş, kişilər. 65 kq, 1/8 final. Hacı Əliyev – Adama Dyatta (Seneqal)
06:30. Sərbəst güləş, qadınlar. 50 kq, 1/8 final. Mariya Stadnik – Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)
06:30. Sərbəst güləş, kişilər. 97 kq, 1/8 final. Şərif Şərifov – Abdulraşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)
12:00. Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev - Noa Biç (Almaniya)
Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)
Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev - Nurkanat Ajiqanovdur (Qazaxıstan)
Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev – Luici Busa (İtaliya)