22:41 05-08-2021
news_image
197
FUTBOL

Baş hakim dəyişikliyi - “Qarabağ”ın oyununda

Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən AEL – “Qarabağ” oyununda gözlənilməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, matçın ikinci hissəsində baş hakim dəyişib.

İkinci hissədə zədələnən isveçli referi Qlenn Niberq görüşü davam etdirə bilməyib.

Onu 4-cü hakim Boyan Pandhjiç əvəzləyib.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda kiprlilər 1:0 hesabı ilə öndədir.