00:05 06-08-2021
news_image
371
FUTBOL

“Mənim üçün heç nə bitmədi” – AEL-in baş məşqçisi

“Mənim üçün heç nə bitmədi. Azərbaycanda mərhələ adlamağa çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

“AEK Arena”dakı baş tutan və 1:1 hesabı ilə nəticələnən görüşdən sonra kiprlilərin baş məşqçisi son dəqiqələrdə qol buraxmalarına da toxunub: “90 dəqiqə yüksək səviyyədə oynaya bilməzsən. Hansı rəqiblə qarşılaşdığımızı unutmayaq. “Qarabağ” avrokubokların qruplarında müntəzəm çıxış edən komandadır. Azərbaycan klubuna qarşı başabaş mübarizə apardıq. Rəqibə çox qol imkanı vermədik. Əgər daha diqqətli oynasaydıq, ikinci qolu da vurardıq. Mərhələ adlamaq üçün şansımız var. Təcrübəli komanda ilə qarşılaşdıq, onlardan öyrənirik”.

Kerkez avqustun 12-də Bakıda keçiriləcək cavab görüşünə ümidli yollanacaqlarını vurğulayıb: “Bilirdim ki, nəticə necə olur-olsun, hər şeyə cavab qarşılaşmasında aydınlıq gələcək. Qələbə qazana bilərik. Son dəqiqələrdə qol buraxmağımız yaxşı olmadı. Futbolçulara təşəkkür edirəm, amma onlardan daha çoxunu gözləyirəm”.