00:11 06-08-2021
news_image
315
FUTBOL

“Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik” - Stefan Skepoviç

“Bu gün bərabərliyə layiq deyildik”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in futbolçusu Stefan Skepoviç Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

1:1 hesabı ilə başa çatan görüşdə kiprlilərin yeganə qoluna imza atan serbiyalı hücumçu mərhələ adlayacaqlarına inandığını söyləyib: “İlk hissədə yaxşı idik. Fasilədən sonra sürəti daha da artırdıq, dominantlıq edirdik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Buna inandığımız üçün buradayıq. Buraxdığımız qoldan dərs götürməliyik. Bu, futbolda baş verə biləcək hadisədir. Səfər qolu üstünlüyü olmadığından, buraxdığımız həmin top bizə mənfi təsir etməməlidir”.

Skepoviç fərqlənməsi ilə bağlı da fikir bildirib: “Qol vurmağım həm mənim, həm də komandam üçün yaxşıdır. Biz birlikdə qələbə qazanır, birlikdə məğlub oluruq. Qolu mən vursam da, bu, komanda işinin bəhrəsidir”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 12-də Bakıda keçiriləcək.