09:38 06-08-2021
news_image
218
TOKİO-2020

Macarıstanla bacarmadı - yığmamız

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası “Savaria” beynəlxalq turnirində ilk oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin yetirmələri Macarıstanda təşkil olunan yarışın ilk günündə ev sahibləri ilə üz-üzə gəlib. 

Görüş komandamız üçün uğursuz başlasa da, təmsilçimiz ikinci hissədə öz oyununu tapıb. Millimiz hesabı bərabərləşdirdikdən sonra irəli də keçib. Lakin komandamız yekunda 2:3 (23:25, 25:23, 25:17, 22:25, 15:17) hesabı ilə uduzub. 

Turnirin digər oyununda da eyni hesab qeydə alınıb. Niderland Çexiyanı 3:2 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, voleybolçularımız dairəvi sistemlə keçirilən yarışın II turunda Niderlandı, son görüşdə isə Çexiyanı sınağa çəkəcək.