09:54 06-08-2021
news_image
264
FUTBOL

“Qəbələ”yə transferindən danışdı - Ruan Renato

“Karyeramdakı bu yeni səhifədən çox məmnunam”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin yeni transferi Ruan Renatoya məxsusdur.

Premyer Liqa klubu ilə dünən müqavilə imzalayan braziliyalı müdafiəçi instaqram səhifəsində keçidinə münasibət bildirib. 27 yaşlı oyunçu paylaşımında yeni mövsümü səbirsizliklə gözlədiyini yazıb: “Bu, bizi hərəkətə gətirən yeni çağırış və çətinliklərdir. Mənə verilən fürsətə görə “Qəbələ” klubuna təşəkkür edirəm. Bizim üçün böyük tərəqqi mövsümü olsun”.

Qeyd edək ki, son klubu “Ponte Preta” olan Ruan Renato “Qəbələ” ilə 1+1 illik müqavilə imzalayıb.