10:00 06-08-2021
news_image
237
TOKİO-2020

52 yaşında rekord vurdu – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, buna ispaniyalı atlet Xesus Anhel Qarsiya imza atıb.

52 yaşlı idmançı 50 km məsafəyə idman yerişində 35-ci yeri tutub. Bu, İspaniya təmsilçisinin 8-ci Olimpiadası olub.

Qarsiya atletikada 8 Olimpiya Oyunlarında iştirak edən ilk idmançıdır. Debütü Barselona-1992-yə təsadüf edən idmançı bu müddətdə 1 qızıl, 2 gümüş, 2 bürünc əldə edib.

Qeyd edək ki, Olimpiadalarda iştirak sayında rekord kanadalı jokey İan Millerə məxsusdur – 10 dəfə.