10:35 06-08-2021
news_image
1452
FUTBOL

“Barselona”dan ayrılmasının səbəbi - Messinin

Lionel Messinin “Barselona”dan ayrılmasının təfərrüatları açıqlanıb.

Apasport.az saytının “Diario Sport” nəşrinə istinadən məlumatına görə, argentinalı futbolçu Kataloniya klubunda qalmaq istəyib.

Bildirilib ki, dünən Barselonaya yollanan Leo yeni müqavilə imzalayacağını və bu gündən məşqlərə qoşulacağını düşünüb. Superulduzun atası Xorxe Messi də sözləşmənin imzalanması üçün klubun ofisinə gedib. Lakin prezident Joan Laporta ondan üzr istəyərək, Messini qeydiyyata ala bilmədiklərini söyləyib.

34 yaşlı kapitan “Barsa”da qalmaq üçün maaşının daha da azaldılmasına hazır olduğunu çatdırıb və vəziyyəti təhlil etmək üçün rəhbərliyə vaxt verib. Lakin bir neçə saat sonra “Barselona” nümayəndələri Lionellə əlaqə saxlayaraq, maaş büdcəsini aşmamağın heç bir yolunun olmadığını vurğulayıblar.

Futbolçu komandada qalacağına inandığı üçün digər klublarla da bu günə qədər danışıq aparmayıb. Onun xidmətində başda PSJ və “Mançester Siti” olmaqla, Avropanın bir neçə klubu maraqlıdır.