22:35 06-08-2021
news_image
248
FUTBOL

Karyerası ilə bağlı qərarını açıqladı - Eriksen

“İnter”in futbolçusu Kristian Eriksen gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını bitirmək fikrində deyil.

Danimarka millisinin üzvü tezliklə həkimlərin nəzarəti altında bərpa kursuna başlayacaq. O, yaşıl meydanlara dönüş tarixini də açıqlayıb: “Dörd-beş ay sonra oynamağa başlayacağam. Özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə oyunun əvvəlində Kristian Eriksenin ürəyi dayanıb. İlkin tibbi yardımdan sonra həyata dönən futbolçu uzun müddətdir həkim nəzarətindədir.