12:31 06-08-2021
news_image
340
FUTBOL

“İspaniya futbolu bitdi” - Kempes

“İspaniya liqasında artıq Kriştiano Ronaldo yoxdur. Yeni Lionel Messi də olmayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin sabiq futbolçusu Mario Kempes deyib.

Ötən əsrin 70-ci illərinin ulduzu həmyerlisi Lionel Messinin İspaniya “Barselona”sından ayrılmasına münasibət bildirib: “Killian Mbappe və ya istənilən başqası gələ bilər. Amma heç kim bu iki nəhəngin son 10-12 ildə olduğu kimi olmayacaq. Mbappe bu cütlük kimi güclü ola bilməyəcək. Bu gün İspaniya futbolu – bu Messidir. O da bitdi”.

Qeyd edək ki, Messinin karyerası boyu çıxış etdiyi “Barselona” ilə müqaviləsini uzatmayacağı açıqlanıb. Onun PSJ-yə keçəcəyi gözlənilir.