12:47 06-08-2021
news_image
436
FUTBOL

Fransadan qapıçı gətirir? – “Neftçi”

Avrokuboklarda mübarizə aparan “Neftçi” qapıçı axtarışlarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan çempionu daha bir qolkiperi siyahısına əlavə edib.

Bu, hazırda Fransada legioner həyatı yaşayan Eldar Tağızadədir. “Neftçi” rəhbərliyi “Klermon”un U-19 komandasında çıxış edən Tağızadəyə gələcəyə yatırım gözü ilə baxır. 18 yaşlı qolkiperi diqqətdə saxlayan bakılılar onu bu yay icarə əsasında komandaya gətirməyi nəzərdən keçirir. Ancaq U-19 millimizin üzvü “ağ-qaralar” üçün hələlik prioritet variant deyil.

Qeyd edək ki, Eldar Tağızadə məhz “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildə bakılıları İspaniyanın “Market” klubuna dəyişib. Bu ilin əvvəlində “Klermon”la anlaşan Eldarın fransızlarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.