15:02 06-08-2021
news_image
255
FUTBOL

Milli komandaya vaxt verdi – FİFA

Uruqvay milli komandası formasındakı loqonu dəyişməlidir.

Apasport.az saytının məlumatına görə, bunu cənubi amerikalılardan FİFA tələb edib.

Qurum Uruqvay yığmasının formalarını hazırlayan “Puma” şirkətinə üzərində 4 ulduz olan loqoları yerləşdirməməsini istəyib. Bunun üçün uruqvaylılara DÇ-2022-nin startına qədər vaxt verilib.

Geyimdəki loqonun üzərindəki ulduzlar dünya çempionluqlarının sayını əks etdirir. Bütün yığmalarda bu göstərici çempionluq sayı ilə eynidir. Yeganə istisna Uruqvaydır.

Onlar 1930-cu və 1950-ci illərdə dünya çempionu olub. Lakin cənubi amerikalılar 1924-cü və 1928-ci illərdəki Olimpiya Oyunlarındakı qələbələrə görə də formalarına ulduz əlavə edib. Bu isə FİFA tərəfindən qəbuledilməz hal sayılır.

Uruqvay tərəfi isə həmin iki Olimpiadanın futbol turnirinin FİFA tərəfindən təşkil olunduğunu əsas gətirərək ulduzları saxlamaq niyyətindədir.