15:36 06-08-2021
news_image
520
FUTBOL

MLS-ə “yox” dedi – Messinin planı bəllidir

“Barselona” ilə dünən yollarını ayıran Lionel Messinin gələcəklə bağlı planları müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz MLS klublarına keçmək variantının üstündən xətt çəkib.

ABŞ-a bir neçə il sonra köçməyi planlaşdıran 34 yaşlı futbolçu Avropada qalmaq, PSJ və ya “Mançester Siti” ilə anlaşmaq niyyətindədir. Oyunçu ilk rəsmi təklif aldığı Fransa klubu ilə danışıqlar aparır. Hətta görüşlərin müsbət məcrada keçdiyi, tərəflərin müqavilənin detallarını müzakirə etdiyi bildirilib.

Qeyd edək ki, Lionel Messi yetirməsi olduğu “Barselona”da 2004-cü ildən əsas komandanın formasını geyinib.