17:22 06-08-2021
news_image
244
FUTBOL

“Messi planlarımıza daxil deyil” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”dan ayrılan Lionel Messi ilə bağlı söz-söhbətə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsinin artıq “şəhərlilər”in planlarına daxil olmadığını bildirib.

Qvardiola bunu maliyyə durumu ilə əlaqələndirib: “Biz Cek Qrilişin transferi üçün çox pul xərclədik. O, komandamızda 10 nömrəli formanı geyinəcək. Leonun “Barselona”da qalacağına inanırdıq. Messi indi planlarımıza daxil deyil”.

Qeyd edək ki, hazırda azad agent olan Lionel Messinin PSJ ilə müqavilə bağlaması gözlənilir.