00:25 07-08-2021
news_image
530
FUTBOL

Namik Ələskərovla danışıqları bərpa etdi - “Bursaspor”

“Bursaspor” “Neftçi”nin hücumçusu Namik Ələskərovun transferindən vaz keçməyib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, TFF I liqa təmsilçisi Premyer Liqanın bombardiri ilə danışıqları bərpa edib.

26 yaşlı oyunçunun keçidinə mane olan menecerləri aradan çıxaran Bursa klubu millimizin üzvünü heyətinə qatmağa çox yaxındır. Transferin qısa müddət ərzində açıqlanması planlaşdırılır.

Məsələ ilə bağlı açıqlama verən “Bursaspor”un futbol şöbə müdirinin köməkçisi Tamer İşler də xəbəri təkzib etməyib. O, danışıqların bərpa olunduğunu təsdiqləyib: “Hazırda Namikin keçidi ilə bağlı bir azərbaycanlı menecerlə danışıq aparırıq. Onunla növbəti görüşümüz olacaq. Bu keçid bizim üçün qapanmayıb. Menecer problemini həll etdiyimizdən, təxminən 150-200 min avroluq endirimə nail olmuşuq”.

Qeyd edək ki, Namik Ələskərov ötən mövsüm 19 qolla Premyer Liqanın bombardiri olub. Onun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.