09:28 07-08-2021
news_image
204
TOKİO-2020

Qrup hərəkətləri üzrə komandamız mübarizəni dayandırdı – Tokio-2020

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komandamız çıxışını erkən başa vurub.

Təsnifat mərhələsində 5 topla hərəkətlərdə 36.700 xal toplayan gimnastlarımız 3 halqa və 2 cüt gürzlə 37.650 xallıq nəticə göstərib və iki hərəkətin cəmində 14 komanda arasında 10-cu yeri tutub – 74.350 xal. Millimiz finala yüksələn “8-lik” sırasına düşə bilməyincə, Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova bir gün əvvəl fərdi çoxnövçülükdə təsnifat mərhələsini 18-ci pillədə başa vuraraq finala yüksələ bilməyib.