11:32 07-08-2021
news_image
223
FUTBOL

“Bavariya”ya qayıdır? – Riberi

“Bavariya”nın əfsanəvi futbolçusu Frank Riberi sevimli komandasına qayıda bilər.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi hazırda Münhendə fərdi məşqlərlə kifayətlənir.

38 yaşlı cinah oyunçusu karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir. “Bavariya”nın prezidenti Oliver Kan və fəxri-prezident Uli Höness isə Riberini komandaya qaytarmaqda maraqlıdır. Bununla bağlı veteran oyunçuya təklif də göndərilib.

Qeyd edək ki, son iki mövsümü “Fiorentina”da keçirən Frank Riberiyə İtaliya klubu yeni müqavilə təklif etməyib.