16:09 07-08-2021
news_image
156
TOKİO-2020

Növbəti medal – Stadnikdən

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb.

Apasport.az saytının məlumatına görə, buna qadın güləşçimiz Mariya Stadnik nail olub.

50 kq çəki dərəcəsində bir gün əvvəl yarımfinalda uduzan güləşçimiz bürünc medal uğrunda mübarizədə Namuuntsetseq Oçiri (Monqolustan) asanlıqla (10:0) məğlub edib.

Olimpiadanı 3-cü pillədə tamamlayan Stadnik millimizin aktivinə 7-ci medalı yazdırıb. Bu, güləşçimizin Olimpiadada 4-cü mükafatı olub. 

Qeyd edək ki, bununla Azərbaycan yığması Tokio-2020-ni 7 medalla tamamlayıb. Stadniklə yanaşı, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc, karateçilər İrina Zaretska (+61 kq), Rafael Ağayev (75 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə gümüş mükafata layiq görülüb.