16:40 07-08-2021
news_image
285
FUTBOL

Albaniyalı transferini təqdim etdi – “Səbail”

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qəsəbə təmsilçisi yay fasiləsində “Qəbələ”dən ayrılan Yurgen Qoxa ilə anlaşıb. 29 yaşlı albaniyalı müdafiəçi 2021/22 mövsümünü baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında keçirəcək.

Qeyd edək ki, “Səbail” buna qədər Məhəmməd Mirzəbəyov, Elşən Abdullayev, Cabir Əmirli və Cavid Tağıyevi heyətinə qatıb.