17:00 07-08-2021
news_image
195
FUTBOL

Avropa çempionatına əsas mərhələdən başlayacaq – millimiz

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına əsas mərhələdə mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, final mərhələsi gələn il İspaniyada təşkil olunacaq U-19-la arasında qitə birinciliyinin püşkatma mərasimi avqustun 30-da, Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək. Sayca ikinci dəfə təşkil olunacaq Avropa çempionatında yığmamız yenə əsas mərhələdə yarışacaq.

Ümumilikdə 34 komanda qalib adı uğrunda mübarizə aparacaq. Avropa çempionu və final mərhələsinə ev sahibliyi edəcək İspaniya ilkin və əsas mərhələdə iştirak etməyəcək. 33 komandadan 7-si – San Marino, Cəbəllütariq, Estoniya, Uels, Monteneqro, Şimali Makedoniya və Andorra ilkin mərhələdə çıxış edəcək. Bu komandalar birində 4, digərində 3 iştirakçı olmaqla iki qrupda yarışacaq. Ancaq qrup qalibləri əsas mərhələdə gözləyən 26 iştirakçıya qoşulacaq.

Beləliklə, 28 komanda bu dəfə hər birində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Buradan isə ancaq qrup birinciləri həlledici mərhələyə yüksələcək. İspaniya ilə birlikdə 8 komanda final mərhələsində gücünü sınayacaq. İlkin mərhələnin oyunları bu il 2-7 noyabr, əsas mərhələnin qarşılaşmaları gələn il 15-20 mart, həlledici görüşlər isə 3-10 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.

İlkin mərhələ (2-7 noyabr 2021)
1-ci səbət (ev sahibi komandalar)
San Marino (2)
Cəbəllütariq (4 və ya 3)

2-ci səbət (4 və ya 3)
Estoniya
Uels

3-cü səbət (2)
Monteneqro

4-cü səbət (1)
Şimali Makedoniya
Andorra

Əsas mərhələ (15-20 mart 2022)
1-ci səbət (ev sahibi komandalar)
Xorvatiya (1)
Portuqaliya (1)
Ukrayna (1)
Türkiyə (2)
Rumıniya (3)
Finlandiya (3)
Serbiya (4)

2-ci səbət (4)
Yunanıstan
Gürcüstan
Qazaxıstan
Azərbaycan
İlkin mərhələdə A qrupunun qalibi
İlkin mərhələdə B qrupunun qalibi

3-cü səbət (3)
Latviya
Kipr
İtaliya
Macarıstan
Moldova

4-cü səbət (2)
Belçika
Fransa
Slovakiya
Bosniya və Herseqovina
Çexiya
Belarus

5-ci səbət (1)
Polşa
Rusiya
Niderland
Sloveniya

Qeyd edək ki, mötərizədə komandaların püşkdən sonra mübarizə aparacaqları qruplardakı sıra nömrəsi göstərilir. Yarışda 1 yanvar 2002-ci ildən sonra anadan olan futzalçılar iştirak edə biləcək.