17:59 07-08-2021
news_image
485
TOKİO-2020

“1 saniyə yetmədi” - İrina Zaretska

“İlk olaraq cənab Prezidentdən üzr istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan yığmasının karateçisi İrina Zaretska deyib.

+61 kq çəki dərəcəsində finalda misirli Feryal Abdelazizə 0:2 hesabı ilə uduzan Zaretska görüşdən sonra açıqlamanı göz yaşları içində verib. O, çempion ola bilmədiyi üçün təəssüf hissi keçirdiyini söyləyib: “Bilirdim ki, qızıl ala biləcək sonuncu idmançı idim və buna çox az qalmışdı. Sözün əsl mənasında mənə 1 saniyə yetmədi. İndi anlayıram ki, bu necə vacib idi. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Mənə yazırdılar, işarələyirdilər. Dəstəyiniz üçün çox sağ olun və bağışlayın”.

Qeyd edək ki, Azərbaycan yığması Tokio-2020-ni 3 gümüş, 4 bürünc medalla başa vurub.