18:10 07-08-2021
news_image
427
TOKİO-2020

“Onlar mənim yerimdə olmaq istəyərdi” - Mariya Stadnik

“Medal qazandığım üçün çox xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının qadın güləşçisi Mariya Stadnik deyib.

50 kq çəki dərəcəsində Monqolustan təmsilçisi Namuuntsetseq Oçir üzərində inamlı qələbə qazanan güləşçimiz görüşdən sonra hisslərini bölüşüb: “Dünən axşam narahat idim. Çünki qızıl medal qazana bilmədim. İndi başa düşürəm ki, olimpiya medalı nə deməkdir. Bir çox idmançı mənim yerimdə olmaq istəyərdi. Bu medalı qazandığım və belə idman karyerasına sahib olduğum üçün Allahıma şükür edirəm. Çox xoşbəxtəm ki, bu gün 3-cü yeri tutdum. Çox emosiyalıyam, nə deyəcəyimi bilmirəm”.

Qeyd edək ki, Azərbaycan yığması Olimpiadanı 3 gümüş, 4 bürünc medalla yekunlaşdırıb.