15:11 08-08-2021
news_image
240
FUTBOL

Polşaya yollandı - Canni de Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Polşaya səfərə yollanıb. 

Apasport.az AFFA-nın saytına istinadən məlumat verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən Azərbaycan milli komandasının üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.

Krivotsyukun çıxış etdiyi “Visla Plock” klubu avqustun 9-da Polşa çempionatının 3-cü turunda “Radomiak” klubu ilə qarşılaşacaq. Emrelinin formasını geyindiyi “Legiya” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 10-da “Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək.