15:43 08-08-2021
news_image
223
FUTBOL

"Hələlik heç bir qərar verilməyib, danışıqlar aparırıq" - Lionel Messi

“PSJ-yə keçidim mümkündür. Amma hazırda heç bir razılaşma yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu bu gün “Barselona” ilə vidalaşan Lionel Messi deyib. 

“Barselona” akademiyasının yetirməsi olan və 2004-cü ildən əsas komandada çıxış edən argentinalı superulduz Kataloniya klubunu göz yaşları ilə tərk edib. O, karyerası ilə bağlı yekun qərarı tezliklə verəcəyini açıqlayıb və adının Fransa PSJ-si ilə hallanmasına münasibət bildirib: “Barselona”dan ayrıldıqdan sonra çoxlu zənglər, təkliflər gəldi. Bir neçə klub var. Hələlik heç bir qərar verilməyib, danışıqlar aparırıq”. 

Qeyd edək ki, Messi Kataloniya klubunun heyətində keçirdiyi 778 oyunda 672 qol vurub, 305 məhsuldar ötürmə verib, 35 kubok qazanıb.