09:53 09-08-2021
news_image
134
FUTBOL

UEFA-dan təyinat aldı – Əliyar Ağayev

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, o, Konfrans Liqasının III təsnifat mərhələsində iş başında olacaq.

Ağayev avqustun 12-də Lüksemburqda keçiriləcək “Fola Eş” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) matçında ədaləti qoruyacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Hakimlərimizin işinə bolqarıstanlı hakim-inspektor Kostadin Gerginov qiymət verəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşmada “Fola Eş” 2:1 hesablı səfər qələbəsi qazanıb.