10:04 09-08-2021
news_image
107
FUTBOL

“Mançester Siti”də itki – mövsümün startını buraxacaq

“Mançester Siti” yeni mövsüm öncəsi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Fil Foden sıradan çıxıb.

İngiltərə millisinin üzvü AVRO-2020-nin İtaliyaya qarşı final görüşündə əzələsində ağrılar hiss etsə də, bunu ciddi problem hesab etməmişdi. Lakin məşq zamanı yüklənmə 21 yaşlı oyunçunun zədəsinin yenilənməsinə səbəb olub. Futbolçunun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Fodenin Premyer Liqadanın ilk turlarında “Tottenhem”, “Norviç” və “Arsenal”la matçları, eyni zamanda yığmasının DÇ-2022-nin seçmə mərhələsində Macarıstan, Andorra və Polşa ilə qarşılaşmaları buraxacağı dəqiqdir.