10:26 09-08-2021
news_image
381
FUTBOL

“Qara siyahı”sını rəhbərliyə təqdim etdi – Fatih Terim

Son olaraq “Kopenhagen”dən mərkəz müdafiəçisi Viktor Nelssonu transfer edən “Qalatasaray”dan ayrılacaq daha 3 futbolçu müəyyənləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Fatih Terim “qara siyahı”sını rəhbərliyə təqdim edib.

Təcrübəli mütəxəssis müdafiəçi Kristian Luyindama, yarımmüdafiəçi Sofian Fequli və hücumçu Radamel Falkaonun gələcək planlarına daxil olmadıqlarını bildirib. “Sarı-qırmızılılar” adıçəkilən oyunçuları satmağa çalışacaq. Bu baş verməsə, ən pis halda onlarla müqaviləyə qarşılıqlı razılıqla xitam veriləcək.

Terim ötən mövsüm komandada icarə əsasında çıxış edən Gedson Fernandeş və Halil Dervişoğlunun saxlanılmasını istəyib.