10:46 09-08-2021
news_image
107
FUTBOL

İki azarkeş həbs olundu – ilk turda

Fransa Liqa1-in I turunun “Monpelye” – “Marsel” oyunundan sonra iki azarkeş həbs olunub.

Apasport.az saytının məlumatına görə, buna fanatların tribunalardakı özbaşınalığı səbəb olub.

İlk yarıda iki qol vuran “Monpelye”nin fasilədən sonra üç top buraxması azarkeşləri özündən çıxarıb. Onlar meydana kənar əşyalar atmağa başlayıb. “Marsel”in qapısı arxasında olan tribunalardakılar daha çox “canfəşanlıq göstərib”. Atılan “mərmi”lərdən biri ehtiyatda olan Valentin Ronyenin üzünə tuş gəlib. Hakim oyunu dayandırmalı olub və yalnız müəyyən fasilədən sonra görüş başa çatdırılıb.

Qeyd edək ki, “Marsel” səfər matçında 3:2 hesablı qələbə qazanıb.