13:30 09-08-2021
news_image
189
FUTBOL

Azərbaycan 2 pillə irəlilədi – reytinqdə

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə ilin arxada qalan hissəsində keçirilən idman yarışlarındakı nəticələr əksini tapıb.

Azərbaycan planetin 49-cusudur. Ölkəmizin aktivində 192 xal var.

Bu, 5 müxtəlif növdəki nəticələr hesabına mümkün olub. Cüdo 65, karate 64, sərbəst güləş 36, boks 17, yunan-Roma güləşi 11 xal qazanıb. Azərbaycan son cədvəllə müqayisədə 2 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya ABŞ başçılıq edir – 5512 xal. Yaponiya (3021) ikinci, Fransa (2932) üçüncüdür.