14:04 09-08-2021
news_image
506
DİGƏR NÖVLƏR

Yığmamızın şərəfini qorumaq təklifindən imtina etdiyini açıqladı – ukraynalı idmançı

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) yığmamızın heyətinə ukraynalı idmançı cəlb etmək istəyi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, bunu ukraynalı velosipedçi Yelena Starikovanın özü açıqlayıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bildirib ki, Azərbaycanın şərəfini qorumaq təklifi alsa da, imtina edib: “Yəqin ki, hamını Azərbaycana dəvət etmişdilər. Çoxu da ora getdi. Mən buna hazır deyiləm. Ola bilsin ki, vətənpərvərəm. Başa düşürəm ki, vəziyyət o qədər də yaxşı deyil və pul da az verirlər. Amma öz ölkəmdə olmaq və çalışmaq istəyirəm. Həm də göy-sarı rəngləri çox sevirəm”.

Qeyd edək ki, 25 yaşlı Starikova sprint yarışlarının finalında kanadalı rəqibinə uduzaraq qızıl medal şansını əldən verib.