14:56 09-08-2021
news_image
171
FUTBOL

Növbəti zərbə - “Barselona”ya

Ulduz futbolçusu Lionel Messini heyətində saxlaya bilməyən İspaniya “Barselona”sı daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yeni transfer zədəli Serxio Aqueronun durumuna aydınlıq gəlib.

33 yaşlı argentinalının zədəsinin ağır olduğu üzə çıxıb. Bu səbəbdən də Aquero 10 həftə meydanlardan kənar qalacaq.

Qeyd edək ki, ötən mövsüm “Mançester Siti”də oynayan Serxio zədələr səbəbindən mövsümün yalnız 12 matçında iştirak edə bilib.