15:15 09-08-2021
news_image
181
FUTBOL

Millidən getdi – qapıçı

Polşa millisinin qapıçısı Lukaş Fabianski yığma karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Vest Hem” klubunda çıxış edən hücumçunun özü açıqlayıb.

O bildirib ki, 15 il şərəfini qoruduğu Polşa millisinin formasını bir daha geyinməyəcək. 2006-cı ildə yığmada debüt edən qolkiper bu müddətdə 52 oyunda 41 top buraxıb.

Qeyd edək ki, Lukaş milli ilə DÇ-2006 və DÇ-2018, həmçinin AVRO-2008, AVRO-2016 və AVRO-2020-nin iştirakçısı olub.