22:46 09-08-2021
news_image
391
TOKİO-2020

Tarixə düşdü – güləşçimizi məğlub edən qırğızıstanlı

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Elis Manolovaya qalib gələn Meerim Jumanazarova Qırğızıstan idmanı tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, Olimpiadada medal qazanan ilk qırğızıstanlı qadın olub.

İndiyədək bu ölkənin heç bir xanım idmançısı Olimpiya Oyunlarında mükafat əldə etməyib. Meerim 68 kq çəki dərəcəsində bürünc qazanmaqla ilki reallaşdırıb.

Qeyd edək ki, asiyalı idmançı Elisə təsəlliverici görüşdə qalib gələrək bürünc uğrunda qarşılaşmaya vəsiqə qazanıb.