00:00 10-08-2021
news_image
428
FUTBOL

Millimizi gözləyən eniş - Namibiya ilə Syerra-Leone də bizi keçir

Milli komandaların FİFA reytinqi avqustun 12-də açıqlanacaq.

Apasport.az saytının məlumatına görə, artıq indidən dünya yığmalarının siyahıda yer alacağı mövqelər müəyyənləşib.

Azərbaycan millisinin də yeri barədə proqnoz dəqiqləşib. Yığmamız 1166 xalla dünyanın 112-cisi olacaq.

Komandamız may reytinqi ilə müqayisədə 2 pillə geriləyəcək. Üç yığma millimizi arxada qoyacaq. Bunlar Namibiya, Syerra-Leone və Estoniyadır. Yığmamız isə Tailandı keçəcək.

Qeyd edək ki, Belçika (1822) 1-ci pillədə qalacaq, Braziliya (1798) Fransanı (1762) keçərək 2-ci yerə yüksələcək. Qardaş Türkiyə yığması 10 pillə geriləyərək 1464 xalla 39-cu olacaq.