16:46 09-08-2021
news_image
213
FUTBOL

Yeni klubunda tibbi müayinədən keçdi - Lukaku

“İnter”in hücumçusu Romelu Lukakunun “Çelsi”yə transferi rəsmiləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü London klubunda tibbi müayinədən keçib.

Bu, Milan şəhərində baş verib. Tezliklə klublar bu transferi rəsmən açıqlayacaq. Lukaku yenidən formasını geyinəcəyi “zadəganlar”la 5 illik müqavilə imzalayacaq. İllik maaşı 15 milyon avro olacaq 28 yaşlı forvard əlavə 3 milyon avroluq imza pulu da alacaq. Transfer “İnter”ə 115 milyon avro qazandıracaq.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin formasını geyinib.